Energetika naziri: "OPEC+ mümkün əlavə tədbirlərə hazır olmalıdır"

Energetika naziri: "OPEC+ mümkün əlavə tədbirlərə hazır olmalıdır" OPEC+ neft bazarında mümkün əlavə tədbirlərə hazır olmalıdır.
Energetika
7 Dekabr , 2019 10:53
Energetika naziri: OPEC+ mümkün əlavə tədbirlərə hazır olmalıdır

"OPEC+ neft bazarında mümkün əlavə tədbirlərə hazır olmalıdır".

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman OPEC+ iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iclasda gələn ilin mart ayında növbədənkənar toplantı keçirməyə razılıq əldə olunub.

Nazir qeyd edib ki, neftin qiymətinə gah artan, gah da azalan bir sıra amillər - ticarət dinamikası, iqtisadi artım təsir edir.

Son xəbərlər

Orphus sistemi