Energetika naziri: “Azərbaycan etibarlı tədarükçü və enerji təhlükəsizliyinin təminatçısıdır"

Energetika naziri: “Azərbaycan etibarlı tədarükçü və enerji təhlükəsizliyinin təminatçısıdır" Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycan həyata keçirdiyi enerji layihələri ilə vacib ölkəyə çevrilib və enerji ehtiyatları idxal edən ölkələr üçün etibarlı tədarükçü və enerji təhlükəsizliyinin etibarlı təminatçısıdır.
Energetika
17 İyul , 2018 14:43
Energetika naziri: “Azərbaycan etibarlı tədarükçü və enerji təhlükəsizliyinin təminatçısıdır

Bakı. 17 iyul. REPORT.AZ/ "Azərbaycan həyata keçirdiyi enerji layihələri ilə vacib ölkəyə çevrilib və enerji ehtiyatları idxal edən ölkələr üçün etibarlı tədarükçü və enerji təhlükəsizliyinin etibarlı təminatçısıdır".

"Report"un məlumatına görə, bunu ADA Universitetində keçirilən Bakı Yay Enerji Məktəbində çıxışında Azərbaycan energetika naziri Pərviz Şahbazov deyib.

Nazir Xəzər regionun karbohidrogen ehtiyatları baxımından əhəmiyyətindən danışıb. O vurğulayıb ki, bu gün Xəzər dənizi regionu enerji xabına çevrilib.

Çıxışda nazir Azərbaycanda hazırda istismar olunan neft-qaz yataqları və istehlak olunan neft və qazın həcmlərindən danışıb: "Amma təkcə istehlak olunan enerji daşıyıcılarının rəqəmləri ölkənin rifahına gətirib çıxarmır. Bunun üçün siyasi iradə lazımdır. Bu iradə ümumilli lider Heydər Əliyev tərəfindən nümayiş olunub".

Bu mənada nazir Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərini qeyd edib və bildirib ki, bu kəmər vasitəsilə təkcə Azərbaycan nefti deyil, Qazaxıstan karbohidrogen ehtiyatları da nəql olunub: "Neft ixracından əldə olunan gəlir social-infrastruktur və insan kapitalının inkişafına yönəlib".

"Şahdəniz" layihəsindən danışan P. Şahbazov bildirib ki, 2007-ci ildən sonra Azərbaycan özünün qaza olan ehtiyacını ödəməklə, eyni zamanda qaz ixrac edən ölkəyə çevrilməyə başlayıb: "Bu gün Cənub Qaz Dəhlizi layihəsi reallığa çevrilib. Bu layihə regional enerji xəritəsini dəyişdirməyə qadir bir layihədir. Bu layihə Azərbaycanın Avropa üçün əhəmiyyətini artırır. Tarixdə ilk dəfə olaraq, Azərbaycan dünyanın ikinci ən böyük bazarına birbaşa çıxışa sahib olacaq".

Nazir çıxışında onu da bildirib ki, son 20 ildə Azərbaycanın neft-qaz sahəsinə 95 mlrd. dollar sərmayə qoyulub, bu məbləğin böyük hissəsi xarici şirkətlər tərəfindən yatırılıb: "Yeni yataqların işlənməsi və mövcud layihələrin həyata keçirilməsi yeni yatırımlara yol açacaq". 

Son xəbərlər

Orphus sistemi