Yuxarı
    Bağlamaq

    ​Elşad Nəsirov: "Xəzərin dibi ilə qaz xəttinin çəkilməsi ekoloji problemlərə səbəb ola bilməz"

    Vitse-prezident: SOCAR-ın AzMeCo ilə uzunmüddətli qaz təminatına dair razılığı yoxdur

    Bakı. 15 iyul. REPORT.AZ/ "SOCAR-ın Azərbaycan Metanol Zavodu (AzMeCo) ilə bu müəssisənin uzunmüddətli qazla təmin olunmasına dair razılığı yoxdur". "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib. 

    E.Nəsirovun sözlərinə görə, məhz Rusiyanın "Qazprom" ASC ilə bağlanan müqavilə əsasında alınacaq qaz bu zavodun fəaliyyətinə yönəldiləcək.

    Trans-Xəzər boru kəməri layihəsi ilə bağlı hansısa siyasi maneələrin olmadığını deyən SOCAR rəsmisi bu məsələ ətrafında yaranan bəzi fikirlərin də uğursuz olduğunu açıqlayıb: "Təsəvvür edin, deyirlər ki, Xəzər dənizinin dibi ilə boru xətti gedə bilməz. Bu fikri onunla əsaslandırırlar ki, bu, Xəzər dənizində balıqların ölümünə səbəb ola bilər. Necə olur ki, Qara dənizin dibi ilə boru xətti aparmaq olur, amma Xəzərdə olmur. Yaxud bu borular Qara dənizdə balıqların ölümünə səbəb olmur, amma Xəzərdə olur. Bizim fikrimiz budur ki, Xəzərin dibi ilə qaz xəttinin çəkilməsi ekoloji problemlərə səbəb ola bilməz".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi