Elnur Soltanov: "Türkiyədə yaradılacaq qovşağa təbii qaz nəql edə bilərik"

Elnur Soltanov: "Türkiyədə yaradılacaq qovşağa təbii qaz nəql edə bilərik" Elnur Soltanov: "Türkiyədə yaradılacaq qovşağa təbii qaz nəql edə bilərik"
Energetika
29 Oktyabr , 2022 16:01
Elnur Soltanov: Türkiyədə yaradılacaq qovşağa təbii qaz nəql edə bilərik

Azərbaycan Türkiyədə yaradılması planlaşdırılan təbii qaz qovşağına "mavi yanacaq" nəql etməyə hazırdır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov bildirib.

"Əgər bu cür tədarüklər ölkədə fəaliyyət göstərən xarici şirkətlər üçün faydalı olarsa, Azərbaycan Türkiyədəki qovşağa qaz verə bilər", - deyə o, qeyd edib.

Nazir müavini xatırladıb ki, Azərbaycanda qaz hasilatı ilə əsasən “Şahdəniz” beynəlxalq konsorsiumu məşğul olur: “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) də həmin konsorsiumda təmsil olunur. Lakin qaz nəqli oradakı digər şirkətlər üçün iqtisadi baxımdan əsaslandırılmalıdır. Bundan pul qazanmaq mümkündürsə, onlar hazır olacaqlar”.

Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetrdir.

Son xəbərlər

Orphus sistemi