Elnur Soltanov: "Qarabağda bu il 5 su elektrik stansiyasının tikintisi yekunlaşacaq"

Elnur Soltanov: "Qarabağda bu il 5 su elektrik stansiyasının tikintisi yekunlaşacaq" Hazırda Qarabağda beş su elektrik stansiyası tikilir və bu layihələr 2022-ci ildə böyük ehtimalla tamamlanacaq.
Energetika
17 May , 2022 17:17
Elnur Soltanov: Qarabağda bu il 5 su elektrik stansiyasının tikintisi yekunlaşacaq
Elnur Soltanov

Hazırda Qarabağda beş su elektrik stansiyası tikilir və bu layihələr 2022-ci ildə böyük ehtimalla tamamlanacaq.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov deyib.

Onun sözlərinə görə, bu günə qədər Qarabağda 4 min meqavat gücündə 9 elektrik stansiyası açılıb: "Həmçinin, 18 xırda su elektrik stansiyasını hərraca çıxartmaq istəyirik".

E. Soltanov qeyd edib ki, Laçın və Kəlbəcərdə 100 meqavat gücündə külək elektrik stansiyaların tikintisi nəzərdə tutulub: "Artiq şirkətlərlə danışıqlar aparılır. Həmçinin, 50 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi