Elnur Soltanov: "Enerji istehsalının 17 %-i bərpaolunan mənbələrin payına düşür"

Elnur Soltanov: "Enerji istehsalının 17 %-i bərpaolunan mənbələrin payına düşür" Bu gün Azərbaycanda istehsal edilən elektrik enerjisinin 17%-i bərpaolunan enerji mənbələrinin payına düşür.
Energetika
30 Sentyabr , 2023 15:01
Elnur Soltanov: Enerji istehsalının 17 %-i bərpaolunan mənbələrin payına düşür

Bu gün Azərbaycanda istehsal edilən elektrik enerjisinin 17%-i bərpaolunan enerji mənbələrinin payına düşür.

"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda bildirib.

Onun sözlərinə görə, hazırda bu payın artırılmasında istiqamətində işlər aparılır: "Biz gələn ilin oktyabrında Qafqazın və keçmiş SSRİ-nin ən böyük günəş elektrik stansiyasının (GES) açılışını etməyi düşünürük. Gücü 230 MVT olacaq stansiya sırf xarici investorların dəstəyi ilə yaradılır. Biz həmçinin dünyaca məşhur BP və onun tərəfdaşları ilə birgə azad edilmiş ərazilərdə 240 MVT-lıq GES tikməyi planlaşdırırıq. Bu isə təbii ki, Azərbaycanın öhdəlik kimi götürdüyü sıfır karbon emissiyası proqramına uyğundur”.

Nazir müavini həmçinin Naxçıvanda aparılan islahatlardan danışıb: “Bu gün günəşli günlərin sayına görə Naxçıvan öncül yerdə tutur. Ölkəmizin bu ərazisi də “Yaşıl enerji” zonası edilib. Yəni Naxçıvan enerji istehsalı və onun Türkiyə vasitəsi ilə Avropa bazarına çıxarılması baxımından unikal imkanlara malikdir. Biz isə bu imkanlardan istifadə edəcəyik”.

Son xəbərlər

Orphus sistemi