"Azərbaycanda, xüsusilə Xəzər dənizində küləkli havaların üstünlük təşkil etməsi sayəsində yel enerjisi vasitəsilə "yaşıl hidrogen" istehsalı üçün imkan mövcuddur".
Bunu “Report”a açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.
Onun sözlərinə görə, hidrogen istehsalının bir neçə üsulu arasında ölkəmiz üçün ən əlverişli olanı suyun pirolizi, yəni yüksək hərarətlə keçirilən kimyəvi reaksiya vasitəsilə, yel qurğularından əldə edilən enerjinin toplandığı batareyalardan da istifadə etməklə "yaşıl hidrogen" hasilatıdır.
"Yaşıl hidrogen"in bahalı olduğunu, sənayedə istifadə olunmadığını qeyd edən nazir müavininin fikrincə, texnologiyalar təkmiləşdikcə bu proses ucuzlaşacaq: “Hazırda "yaşıl hidrogen" istehsalı üçün subsidiyalar ayrılmalıdır. Amma biz bu yolla getmək istəməzdik”.