Elin Süleymanov: "Avropaya qaz tədarükünü artırmaq üçün uzunmüddətli müqavilələr olmalıdır"

Elin Süleymanov: "Avropaya qaz tədarükünü artırmaq üçün uzunmüddətli müqavilələr olmalıdır" Azərbaycandan qaz tədarükünün dərhal artırılması bütün hallarda məhdud olacaq, tədarük həcminin əhəmiyyətli dərəcədə artırılması üçün uzunmüddətli müqavilə imzalanmalıdır.
Energetika
293
29 Yanvar , 2022 14:54
Elin Süleymanov: Avropaya qaz tədarükünü artırmaq üçün uzunmüddətli müqavilələr olmalıdır
Elin Süleymanov

"Azərbaycandan qaz tədarükünün dərhal artırılması bütün hallarda məhdud olacaq, tədarük həcminin əhəmiyyətli dərəcədə artırılması üçün uzunmüddətli müqavilələr imzalanmalıdır".

“Report” xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “Bloomberg”ə müsahibəsində bildirib.

Səfir uzunmüddətli müqavilələrin zərurətini müvafiq enerji infrastrukturu yaradılması üçün böyük sərmayələrə və xeyli səylərə ehtiyac olması ilə əsaslandırıb. Onun sözlərinə görə, Azərbaycan Avropaya daha çox qaz nəql etməyə hazırdır, amma yenə də regionun əsas qaz təchizatçısı olan Rusiyanı əvəz edə bilməz: “Məsələn, Türkiyədə gördüyümüz kimi hansısa kəskin ehtiyac duyulsa, biz müəyyən əlavə qaz həcmini tədarük edə bilərik”, amma “Azərbaycanın qaz tədarükünün Rusiyadan tədarüklə eyni olmayacağı birmənalıdır”.

Diplomat qeyd edib ki, Azərbaycan qaz hasilatını artıra, habelə tikintisi 7 il davam edərək 33 milyard ABŞ dollarına başa gələn Cənub Qaz Dəhlizini genişləndirə bilər. Həmçinin Xəzərdə əvvəllər mübahisəli olmuş qaz yatağını birgə istismar etmək nəzərdə tutulduğu Türkmənistandan da qaz nəql edilə biləcəyi diqqətə çatdırılıb.

“Biz enerji təhlükəsizliyini, infrastrukturun genişləndiriməsilə qaz tədarükünün artırılmasını sırf qısa böhran nöqteyi-nəzərindən görmürük. Çünki bu işlər qısamüddətli planlarla getməz. Burada söhbət uzunmüddətli planlı fəaliyyətdən gedir. Kiminsə gəlib “daha çox qaz ver” dəməsilə deyil”, – deyə səfir fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi