“Ələt-dəniz” yatağında əsaslı təmirdən keçən quyu istismara verilib

“Ələt-dəniz” yatağında əsaslı təmirdən keçən quyu istismara verilib Quyu gündəlik 12 ton neft hasilatı ilə istismara daxil edilib
Energetika
4 Oktyabr , 2016 14:15
“Ələt-dəniz” yatağında əsaslı təmirdən keçən quyu istismara verilib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Ələt-dəniz” yatağındakı 9 saylı stasionar dəniz özülündə aparılan bərpa işlərindən sonra hidrotexniki qurğuların qəzalı vəziyyətinə görə fəaliyyətsiz fondda olan 54 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. 

Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul verib, 4 200-4 194 metr intervaldan gündəlik 12 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi