“Elektromobillik üzrə Milli Planın hazırlanması” İşçi Qrupunun növbəti iclası keçirilib

“Elektromobillik üzrə Milli Planın hazırlanması” İşçi Qrupunun növbəti iclası keçirilib “Elektromobillik üzrə Milli Planın hazırlanması” tapşırığının icrasının təmin edilməsi məqsədilə Energetika Nazirliyinin Əmri ilə yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib.
Energetika
24 May , 2024 17:53
“Elektromobillik üzrə Milli Planın hazırlanması” İşçi Qrupunun növbəti iclası keçirilib

“Elektromobillik üzrə Milli Planın hazırlanması” tapşırığının icrasının təmin edilməsi məqsədilə Energetika Nazirliyinin Əmri ilə yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib.

"Report" bu barədə nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, iclası giriş sözü ilə açan Agentliyin direktoru Cavid Abdullayev Milli Planın hazırlanmasından irəli gələn tapşırıqlara uyğun olaraq, elektromobilliyə keçidin sürətləndirilməsinin və normativ hüquqi bazanın təkmilləşdirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi, həmin məntəqələrin yaradılması işlərinə sahibkarlıq subyektlərinin cəlb edilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə zəruri tədbirlər davam etdirilir.

Agentliyin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova görülmüş işlər və cari vəziyyət barədə məlumat verib. Milli Planın hazırlanmasına cəlb olunan “Turan Energy” şirkətinin hazırladığı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair fəaliyyət planı üzrə təkliflər müzakirə edilib. Həmçinin ölkə üzrə enerji doldurma infrastrukturuna dair inkişaf modelləri ilə əlaqədar rəy və təkliflər dinlənilib, eləcə də karbon vergisi mövzusunda müzakirələr aparılıb.

İclasda İşçi Qrupuna daxil olan və digər aidiyyəti qurumların nümayəndələri iştirak edib.

Son xəbərlər

Orphus sistemi