Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib ​​​​​​​Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma İşçi qrupu”nun videokonfrans formatında növbəti iclası keçirilib.
Energetika
180
15 Yanvar , 2021 14:25
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma İşçi qrupu”nun videokonfrans formatında növbəti iclası keçirilib.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, iclası giriş sözü ilə açan İşçi qrupunun rəhbəri, nazir müavini Samir Vəliyev “Doing Business” hesabatının “Elektrikə qoşulma” indikatoru üzrə ötən il ərzində görülmüş işlərdən bəhs edib. Dünya Bankının açıqladığı ilkin məlumatlarda “Doing Business 2020” hesabatı üzrə müvafiq araşdırmaların aparılması və müvafiq istiqamət üzrə Azərbaycanda həyata keçirilmiş islahatların yenidən qiymətləndirilməsi vurğulanıb. S.Vəliyev bildirib ki, görülmüş işlərin nəticəsi kimi elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə prosedur və günlərin sayının azaldılması ölkəmizin reytinqinin yüksəlməsinə müsbət təsir edəcək. İşçi qrupunun rəhbəri 2021-ci ildə görüləcək işlərin əsas istiqamətlərini, Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında icra olunmasının zəruriliyi qeyd edib.

Daha sonra Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev İşçi qrupunun fəaliyyətinin prioritet istiqamətləri barədə fikirlərini bölüşüb. Həmçinin, “Azərişıq” ASC-nin elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Elektron Müraciətlərin İdarə Olunması Sisteminin əhatə dairəsinin genişləndirilməsinin vacibliyi qeyd edilib.

İclasda İşçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulan müvafiq tədbirlərlə bağlı görüləcək işlər barədə əsas icraçı qurum olan “Azərişığ”ın ASAN xidmətlə iş və elektron idarəetmə departamentinin direktoru Fərid Əmirov tərəfindən təqdimat edilib.

Həmçinin, Fəaliyyət Planının “Tələb olunan gücü 150 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinə elektrik enerjisi (gücü) alınması üçün enerji təchizatı şəbəkəsinə qoşulmanın həyata keçirilməsi məqsədilə sahibkarlıq subyektlərinin müraciətlərinin elektronlaşdırılması imkanlarının nəzərdən keçirilməsi” və “Elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində normativ hüquqi aktların e-sistemin tələblərinə uyğunlaşdırılması və bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün təkliflərin aidiyyəti üzrə təqdim olunması” tədbirləri ilə bağlı aidiyyəti üzrə görüləcək işlər barədə əsas icraçı qurum olan Energetika Nazirliyinin Hüquq şöbəsinin müdir müavini Mürvət Babayevin təqdimatı dinlənilib.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Kiçik və Orta Biznesin tənzimlənməsi və təşviqi departamentinin Kiçik və Orta Biznesin tənzimlənməsi şöbəsinin müdiri Emin Abdullayev isə 2020-ci ilin ikinci yarısında biznes subyektləri arasında keçirilmiş sorğunun nəticələrinə dair təqdimat edib.

Bundan sonra qarşılıqlı müzakirələr formatında davam edən görüşdə icraçılara ünvanlanmış suallar aidiyyəti üzrə cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi