“Elektrik təchizatı şəbəkələrinə qoşulma” üzrə işçi qrupun iclası olacaq

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” üzrə işçi qrupun iclası olacaq Noyabrın 30-da, saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” üzrə işçi qrupun videokonfrans formatında növbəti iclası keçiriləcək.
Energetika
23 Noyabr , 2021 10:22
“Elektrik təchizatı şəbəkələrinə qoşulma” üzrə işçi qrupun iclası olacaq

Noyabrın 30-da, saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” üzrə işçi qrupun videokonfrans formatında növbəti iclası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, iclasda işçi qrupun 2021-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tapşırıqlarla bağlı görülmüş işlər, işçi qrupunun əvvəlki iclasında qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə sahibkarların məlumatlılıq və məmnunluq səviyyəsinin artırılmasına xidmət edən Kommunikasiya Strategiyasının və işçi qrupun 2022-ci il üçün Fəaliyyət Planının layihəsi müzakirə ediləcək.

İclasda iştirak etmək istəyən şəxslər, o cümlədən özəl sektorun nümayəndələri aşağıda göstərilən keçid vasitəsilə Komissiyanın internet portalının (https://azranking.az/) “Rəqəmsal Təqvim” səhifəsində yaradılmış “Təklif göndər” bölməsinə daxil olaraq müvafiq təkliflərini verə bilərlər.

https://azranking.az/az/protocols-announcements/%E2%80%9CElektrik%20t%C9%99chizat%C4%B1%20%C5%9F%C9%99b%C9%99k%C9%99l%C9%99rin%C9%99%20qo%C5%9Fulma%E2%80%9D%20i%C5%9F%C3%A7i%20qrupunun%20iclas%C4%B1-71.html

Son xəbərlər

Orphus sistemi