Elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut 9 ay müddətində gömrük rüsumundan azad olunub

Elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut 9 ay müddətində gömrük rüsumundan azad olunub Bu qərar martın 25-də qüvvəyə minəcək
Energetika
23 Fevral , 2017 09:26
Elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut 9 ay müddətində gömrük rüsumundan azad olunub

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanda elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut 9 ay müddətində gömrük idxal rüsumuna cəlb olunmayacaq.

"Report"un xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, Azərbaycanın 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Bu qərar martın 25-də qüvvəyə minəcək və 2018-ci ilin 1 yanvar tarixinədək qüvvədə olacaq.

Son xəbərlər

Orphus sistemi