Yəhya Babanlı: “Elektrik enerjisinə tələbatı ödəmək üçün lazımi generasiya gücünə malikik”

Yəhya Babanlı: “Elektrik enerjisinə tələbatı ödəmək üçün lazımi generasiya gücünə malikik” "Azərenerji" Novruz bayramı günlərində də əhalini fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək
Energetika
187
18 Mart , 2017 12:41
Yəhya Babanlı: “Elektrik enerjisinə tələbatı ödəmək üçün lazımi generasiya gücünə malikik”

Bakı. 18 mart. REPORT.AZ/ “Azərbaycanda adi günlərdə olduğu kimi Novruz bayramı günlərində də enerji sisteminin dayanıqlılığı diqqət mərkəzində saxlanılacaq”. 

Bunu “Report”a açıqlamasında “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.

Onun sözlərinə görə, əhali bayram günlərində də fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək: "Son illər elektrik enerji sisteminin mövcud infrastrukturunun modernləşdirilməsi, müasir texnologiyaların tətbiqi nəticəsində sistemin dayanıqlığı daha da artırılıb və situasiyalara hazırlıq səviyyəsi yüksəldilib. Əhalinin istər bayram günləri, istərsə də digər vaxtlarda elektrik enerjisinə olan tələbatını ödəmək üçün əhəmiyyətli dərəcədə generasiya gücünə malikik". 

Y.Babanlı onu da qeyd edib ki, “Azərenerji” istənilən şəraitə uyğun qabaqlayıcı tədbirlər görür.

Son xəbərlər

Orphus sistemi