Ekvador OPEC + sazişinin uzadılmasını dəstəkləyəcək

Ekvador OPEC + sazişinin uzadılmasını dəstəkləyəcək Bunu ölkənin neft naziri bəyan edib
Energetika
17 Noyabr , 2017 00:39
Ekvador OPEC + sazişinin uzadılmasını dəstəkləyəcək

Bakı. 17 noyabr. REPORT.AZ/ Ekvador OPEC-ə daxil olan və olmayan dövlətlərin (OPEC+) bu yaxınlarda Vyanada keçiriləcək iclasında neft hasilatının azaldılması üzrə sövdələşməni dəstəkləyəcək.

“Report” xəbər verir ki, bu barədə ölkənin neft naziri Karlos Peresə istinadən "Boomberg" agentliyi məlumat yayıb.

Bildirilir ki, eyni zamanda Ekvador OPEC-dən sözügedən saziş çərçivəsində "qara qızıl" hasilatının azaldılması üzrə öhdəliklərdən azad olunmasını xahiş etməyəcək.

Bundan əvvəl Peres bildirib ki, noyabrda ölkə OPEC-dən neft qiymətlərinin aşağı düşməsi ilə əlaqədar yaranan maliyyə problemləri səbəbindən öhdəliklərdən azad olunmasını istəyəcək.

Nazir qeyd edib ki, hazırda Ekvador neft hasilatının azaldılması üzrə öhdəlikləri 60-70 faiz yerinə yetirir.

Son xəbərlər

Orphus sistemi