Ekspertlər: Rusiya neft qiymətlərinin yüksəlməsindən ehtiyatlanır

Ekspertlər: Rusiya neft qiymətlərinin yüksəlməsindən ehtiyatlanır Bakı. 29 noyabr. REPORT.AZ/ Rusiya neft qiymətlərinin cari səviyyədən daha çox artmasını istəmir.
Energetika
29 Noyabr , 2017 17:23
Ekspertlər: Rusiya neft qiymətlərinin yüksəlməsindən ehtiyatlanır

Bakı. 29 noyabr. REPORT.AZ/ Rusiya neft qiymətlərinin cari səviyyədən daha çox artmasını istəmir.

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu fikri Londonda yerləşən "Facts Global Energy" araşdırma şirkətinin ekspertləri səsləndiriblər.

FGE-nin proqnozlarına görə, sabah keçiriləcək OPEC+ sammitində üzv ölkələr anlaşmanın daha 9 ay uzadılmasında həmfikir olsalar da, Rusiyanın mövqeyi hələ də tam bəlli deyil. Rusiyalı istehsalçılar anlaşmanın uzun müddətə prolonqasiyasına qarşı çıxır. Buna səbəb neft qiymətlərinin yüksəlməsinin ABŞ-ın şist neft hasilatını artıracağından duyulan narahatlıqdır. Çünki əgər OPEC+ anlaşması 9 ay müddətinə uzadılsa, o zaman neft qiymətləri 60 dollar/bareldən yuxarı səviyyədə sabitləşəcək.

FGE-nin hesabatına əsasən, 2018-ci ildə qlobal neft ehtiyatlarının həcmində önəmli dəyişiklik olmayacaq. Belə ki, gələn il tələb təklifə yaxın olacaq, hasilatın cari səviyyədən yuxarı olması isə neft bazarında balansı poza bilər. OPEC-in OECD ölkələrində neft ehtiyatlarının məcmu səviyyəsini son 5-illik orta səviyyəyə qədər azaltmaq kimi aqressiv davranışı isə neft qiymətlərini artıra bilər. Bu da Rusiyanın maraqlarına ziddir.

Son xəbərlər

Orphus sistemi