Ekspert: "SOCAR-ın diversifikasiya siyasəti məhsullarının qiymətinə real dəstək alətidir"

Ekspert: "SOCAR-ın diversifikasiya siyasəti məhsullarının qiymətinə real dəstək alətidir" SOCAR-ın III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" Forumu davam edir
Energetika
24 Aprel , 2018 11:43
Ekspert: SOCAR-ın diversifikasiya siyasəti məhsullarının qiymətinə real dəstək alətidir

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) diversifikasiya siyasəti məhsullarının qiymətinə real dəstək alətidir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən SOCAR-ın III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" Forumunda "Reuters" agentliyinin neft bazarı üzrə redaktoru Qleb Qorodyankin bildirib.

"Avropa bazarı neft məhsulları baxımından çətin vəziyyətdədir. Çünki ABŞ benzin ixrac etmir. Dizel yanacağı ilə bağlı vəziyyətdə isə sabitlik müşahidə edilir. Bu ilin sonuna Rusiya və Qazaxıstandan dizel yanacağı təklifinin artacağını gözləyirik. Şirkətlərin məhsulları emal edərək logistika yaratması əhəmiyyətlidir. Bu baxımdan düşünürəm ki, SOCAR-ın diversifikasiya siyasəti (STAR zavodunun inşası) məhsullarının qiymətinə real dəstək alətidir",- ekspert vurğulayıb.

O deyib ki, 2016-cı ildən "Brent" markalı neftə nəzərən "Azerilight" markalı neftin qiyməti artıb.

Ekspert Avropa bazarındakı tələbatdan da danışaraq qeyd edib ki, "Urals" markalı neftə bazarda tələbat azalıb: " Bu markalı neftə tələbatın hakim olduğu Baltik ölkələrində alternativ İran, Amerika neftinə tələbat artıb".

Onun sözlərinə görə, yanvar-aprel aylarında Avropaya ABŞ neftinin nəqli 4 dəfə artıb." Amerika neftinin həcmi 1,8 mln. tondan 6,7 mln.tona çatıb. 2017-ci ildə Avropa bazarında ABŞ neftinin payı 7%, bu ilin əvvəlindən isə 12% təşkil edib".

Son xəbərlər

Orphus sistemi