Ekspert: “SGC Aİ ölkələrinin ehtiyaclarının ödənilməsində öz payını artıracaq”

Ekspert: “SGC Aİ ölkələrinin ehtiyaclarının ödənilməsində öz payını artıracaq” "Avropa İttifaqı (Aİ) ölkələrinə ildə milyardlarla kubmetr qaz tədarük edən Cənub Qaz Dəhlizi (SGC) Rumıniyanın və bütün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və buna öz töhfəsini verir, bu rolun əhəmiyyəti gələcəkdə daha
Energetika
10 Fevral , 2023 18:20
Ekspert: “SGC Aİ ölkələrinin ehtiyaclarının ödənilməsində öz payını artıracaq”

"Avropa İttifaqı (Aİ) ölkələrinə ildə milyardlarla kubmetr qaz tədarük edən Cənub Qaz Dəhlizi (SGC) Rumıniyanın və bütün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və buna öz töhfəsini verir, bu rolun əhəmiyyəti gələcəkdə daha da artacaq".

Bunu “Report”a açıqlamasında rumıniyalı ekspert, analitik, “Smartlink Communications” şirkətinin direktoru Radu Maqdin deyib.

"Cənub-Şərqi Avropa ölkələri (Yunanıstan, Sloveniya, Bolqarıstan, Moldova, Makedoniya, Bosniya və Herseqovina və s.) Rusiya qazının tədarükü qarşısında xüsusilə həssasdır. Rumıniya bu tədarükdən qat-qat daha az asılıdır və enerji ehtiyaclarının ödənilməsi baxımından isə daha böyük çevikliyə malikdir. Rumıniya Moldova da daxil olmaqla, daha həssas regional tərəfdaşlara dəstəyi davam etdirməyə çalışsa da, bu sahədə işləyən tərəfdaşlıq şəbəkəsini inkişaf etdirmək vacibdir”, - o deyib.

Ekspertin fikrincə, Transxəzər qaz kəmərinin hesabına Cənub Qaz Dəhlizinin daha da genişləndirilməsi bu xətt vasitəsilə Avropaya qaz nəqlini artıra bilər.

“Bununla da, 2030-cu ilə qədər Azərbaycan Avropanın qaza olan tələbatının ödənilməsini indiki 2 %-dən təxminən 10-15 %-ə qədər artıra bilər”, - o bildirib.

Ekspert bildirib ki, fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası Azərbaycan ilə Aİ arasında enerji tərəfdaşlığının strateji əhəmiyyətini bir daha təsdiqləyib.

“Aİ-Azərbaycan tərəfdaşlığı uzunmüddətli enerji təhlükəsizliyi, davamlılıq, tədarükün şaxələndirilməsi və enerji keçidi dövründə əməkdaşlığın genişləndirilməsi kimi ümumi məqsədlərə xidmət edir ki, bu da Rumıniya tərəfindən təşviq edilir və dəstəklənir”, - R.Maqdin deyib.

Onun fikrincə, görüş tərəfdaş ölkələr, maliyyə institutları və şirkətlər üçün enerji şaxələndirilməsi və yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından yaxşı fürsət yaradıb. “Rumıniyanın bu sahədə regional rolunu genişləndirməkdə davam etdiyini nəzərə alsaq, Rumıniya Prezidentinin görüşdə iştirakı məsələyə əlavə siyasi çəki verib və bu ölkənin məqsədinin strateji xarakter daşıdığını göstərib”, - o fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi