Ekspert:" Qaz xəttinə hava vurmaqda “Azəriqaz”ın heç bir maddi marağı ola bilməz"
- 17 noyabr, 2021
- 08:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən gün sosial şəbəkələrdə Ucar rayonu ərazisində qaz borusuna hava vurulmasıyla bağlı vətəndaş tərəfindən paylaşılan video müzakirə predmetinə çevrilib.
Məsələni “Report”a şərh edən qaz təsərrüfatı üzrə mütəxəsis Nüsrət Qasımov baş verən hadisə abonent səhlənkarlığı nəticəsində yaranmış fors-major hadisələrin fəsadlarını aradan qaldırmaq üçün həyata keçirilən standart prosedurdur.
“Bu tip hadisələr adətən fərdi evlərdə istilik sisteminin çəkilişinə cəlb olunan naşı ustaların su xəttini qaz xəttinə qoşması nəticəsində yaranır. Bəzən bu hal qazıntı işləri zamanı qaz xətlərinin zədələnməsi və sonrada həmin borulara qrunt və yağış sularının dolması nəticəsidə müşahidə edilir.
Borulara dolan su qazın verilişini tamamilə dayandırır, bu da təchizatçı üçün problem yaradır. Belə fors-major hallar zamanı standart prosedur çərşivəsində “Azəriqaz” İstehsalat Birliyi qaz təchizatını müvəqqəti olaraq dayandıraraq kompressorlar vasitəsilə kəmərlərə 1-2 atmosfer gücündə yüksək təziqli hava vurur".
Onun sözlərinə görə, həmin hava isə qaz xəttinə dolmuş suyu qovub çıxarır: "Bundan sonra həmin hava hələ də boruların içində qalır. Qazın verilişi bərpa olunandan sonra hava təbii qazla birlikdə çıxır. Bu tip hallar xaricində qaz xətlərinə bilərəkdən hava vurmaqda “Azəriqaz”ın heç bir maddi marağı yoxdur. Çünki hər ay əhaliyə 30 milyon kubmetr qaz satan və bunun pulunu vaxtı vaxtında alan qurumun 2-3 kubmetrdən ötrü öz reputasiyasını və ən əsası abonentlərin sağlamlığını risk altına atacağını düşünmək ağılsızlıqdır”.