Ekspert: "OPEC-in qərarı neft bazarını sabitləşdirəcək"

Ekspert: "OPEC-in qərarı neft bazarını sabitləşdirəcək" Bakı. 8 dekabr. REPORT.AZ/ OPEC-in neft hasilatını azaltmaqla bağlı qərarı qiymətlərin sabitləşməsinə müəyyən təsir göstərəcək, ən azından, son aylarda olduğu kimi, onların daha da aşağı düşməsinin qarşısını alacaq.
Energetika
8 Dekabr , 2018 15:27
Ekspert: OPEC-in qərarı neft bazarını sabitləşdirəcək

Bakı. 8 dekabr. REPORT.AZ/ "OPEC-in neft hasilatını azaltmaqla bağlı qərarı qiymətlərin sabitləşməsinə müəyyən təsir göstərəcək, ən azından, son aylarda olduğu kimi, onların daha da aşağı düşməsinin qarşısını alacaq".

Bunu "Report"a müsahibəsində "Thomson Reuters" mediaşirkətinin neft bazarları üzrə redaktoru Qleb Qorodyankin deyib.

Bununla yanaşı, o qeyd edib ki, hasilatı eyni saxlayan OPEC+ ölkələri ilə istehsalı kəskin artıran ABŞ arasında ziddiyyətlər yenə də qalmaqdadır: "ABŞ hasilatı necə artırırdısa, elə də artırmağa davam edəcək. Yəni OPEC-in bazardan çıxaracağı barelləri ABŞ-ın şist nefti əvəzləyəcək".

Qeyd edək ki, dekabrın 7-də Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) üzvləri 2019-cu ildə gündəlik hasilatı 2018-ci ilin oktyabr ayına nisbətən 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər.

Bunun gündəlik, təxminən, 800 min bareli OPEC, 400 min bareli isə qeyri-OPEC ölkələrinin payına düşəcək.

Son xəbərlər

Orphus sistemi