Ekspert: "Neftin qiyməti geosiyasi amillər səbəbindən qalxa bilər"

Ekspert: "Neftin qiyməti geosiyasi amillər səbəbindən qalxa bilər" Bakı. 26 sentyabr. REPORT.AZ/ Neftin üçrəqəmli qiymətədək bahalaşması sırf geosiyasi amillərin təsirilə baş verə bilər.
Energetika
26 Sentyabr , 2018 17:41
Ekspert: Neftin qiyməti geosiyasi amillər səbəbindən qalxa bilər

Bakı. 26 sentyabr. REPORT.AZ/  Neftin üçrəqəmli qiymətədək bahalaşması sırf geosiyasi amillərin təsirilə baş verə bilər.

Bunu “Report”a Şərqi London Universitetinin neft və qaz idarəçiliyi proqramının direktoru Slavomir Raşevski bildirib.

Onun fikrincə, OPEC-dəki ən böyük neft hasilatçısı olan Səudiyyə Ərəbistanı bütün siyasi təzyiqlərə baxmayaraq, hasilatı artırmağa meyilli deyil: “Üstəlik, son vaxtlar qeyri-OPEC ölkələrindəki hasilatın, o cümlədən ABŞ-dakı şist yataqlarındakı hasilatın artması ilə əlaqədar ənənəvi neft inhisarçısı statusunun sarsıldığı OPEC bu quruma daxil olmayan hasilatçılarla, ilk növbədə Rusiya Federasiyası ilə neft hasilatı kvotalarını əlaqələndirməklə məşğuldur”.

Ekspertin fikrincə, bütün bunlar ABŞ-ın İrana qarşı mövcud və Rusiyaya qarşı noyabrdan tətbiq ediləcəyi gözlənilən yeni sanksiyalarlarla birgə beynəlxalq bazarda neft qiymətləri ilə bağlı daha mürəkkəb vəziyyətə gətirib çıxarır. Neftin qiymətinin artım tendensiyasının daha nə qədər davam edəcəyinə gəlincə, Raşevskinin sözlərinə görə, bu, iki amildən asılıdır: “Birincisi, sanksiyalar səbəbindən cəlbediciliyini itirən İran neftinin azalması ilə yaranan boşluğun bazarda nə qədər tez doldurulacağı, ikincisi, ABŞ ilə Rusiya arasındakı qarşıdurmanın nə qədər irəli gedəcəyi mühüm əhəmiyyət kəsb edir. Bu amillərin hər ikisi geosiyasətlə və gələcək perspektivlə əlaqədardır”.

Beynəlxalq bazarlarda neft miqdarının artıq xeyli azalması səbəbindən İrana qarşı sanksiyaların daha təsirli olacağını diqqətə çatdıran ekspert azalan hasilatın neft bazarındakı digər oyunçular qarşısında bu boşluğu doldurmaq üçün daha çox neft çıxarıb satmaq fürsəti açdığı qənaətindədir.

Şərqi London Universitetinin neft və qaz idarəçiliyi proqramının direktoru Slavomir Raşevski

Bir barel neftin məhz hələ gələcəkdə özünü göstərəcək geosiyasi amillərin təsirilə üç rəqəmli qiymətə yaxınlaşmasının şahidi ola bilərik. Başqa sözlə, neftin 100 dollar həddinədək bahalaşıb-bahalaşmayacağı sırf təklif-tələbat nisbətindən daha çox yaxın vaxtlarda Səudiyyə Ərəbistanı, ABŞ, Rusiya rəhbərlərinin verəcəyi siyasi qərarlardan asılı olacaq.

Slavomir Raşevski

Ekspert Slavomir Raşevski

Son xəbərlər

Orphus sistemi