Ekspert: "Bolqarıstan Azərbaycanın əlavə qaz həcmlərinin Avropaya çatdırılması baxımından maraqlı ölkədir"

Ekspert: "Bolqarıstan Azərbaycanın əlavə qaz həcmlərinin Avropaya çatdırılması baxımından maraqlı ölkədir" Bolqarıstan tranzit ölkə kimi, yəni mövcud müqavilələrin həyata keçirilməsi, o cümlədən Cənub Qaz Dəhlizinin və onun sonuncu əsas seqmenti olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi zamanı Azərbaycandan əlavə qaz həcmlərinin Avropaya ç
Energetika
1 Oktyabr , 2022 16:09
Ekspert: Bolqarıstan Azərbaycanın əlavə qaz həcmlərinin Avropaya çatdırılması baxımından maraqlı ölkədir

"Bolqarıstan tranzit ölkə kimi, yəni mövcud müqavilələrin həyata keçirilməsi, o cümlədən Cənub Qaz Dəhlizinin və onun sonuncu əsas seqmenti olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi zamanı Azərbaycandan əlavə qaz həcmlərinin Avropaya çatdırılması baxımından Azərbaycan üçün maraqlı ölkədir".

“Report” xəbər verir ki, bunu Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban bildirib.

"Bolqarıstan qaz ixracı baxımından Azərbaycan üçün maraqlı ölkədir baxmayaraq ki, Bolqarıstan rəsmi statistikaya görə Azərbaycanın Avropaya ixrac etdiyi qazı ən ucuz alan ölkədir. Yunanıstan və İtaliya bizə qaz nəqli üçün Bolqarıstandan daha baha qiymət təklif edirlər”, - ekspert bildirib.

İki ölkə arasında strateji əməkdaşlıq haqqında danışarkən İ.Şaban qeyd edib ki, Azərbaycan və Bolqarıstan 2013-cü ilin 19 sentyabr tarixindən qazın alqı-satqısına dair müqavilə imzalayıb:

“Bu müqaviləyə əsasən, Bolqarıstan 1 milyard kubmetr qazı 25 il müddətinə Azərbaycandan idxal etmək öhdəliyi götürüb. Digər tərəfdən dünən Azərbaycan Prezidentinin bolqarıstanlı həmkarı ilə görüşündə verilən xoş məlumatlardan biridə o oldu ki, Bolqarıstan vasitəsilə Macarıstan, Rumıniya, Slovakiya, həmçinin Serbiya heç bir yeni infrastruktur yaradılmadan Azərbaycan qazını almaqda maraqlı olduqlarını bəyan ediblər".

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Ötən il Azərbaycan, təqribən, 19 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun da 8,2 milyard kubmetri Avropaya nəql olunub, bu isə əvvəlki illə müqayisədə 40 % çoxdur. Bu il qaz ixracı 22 milyard kubmetrdən çox olacağı gözlənilir və bunun 11,5 milyard kubmetri Avropa istehlakçılarının payına düşəcək.

Qeyd edək ki, bu gün Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi