Ekspert: "Bayden Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan xəbərdardır"

Ekspert: "Bayden Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan xəbərdardır" "ABŞ prezidenti Cozef Bayden siyasətçi və dünya çapında iqtisadi proseslərdən xəbərdar olan bir lider kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan xəbərdardır. Azərbaycan "Cənub Qaz Dəhlizi" vasitəsi ilə Avropaya illik 11 milyard k
Energetika
21 May , 2022 18:17
Ekspert: Bayden Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan xəbərdardır

"ABŞ Prezidenti Cozef Bayden siyasətçi və dünya çapında iqtisadi proseslərdən xəbərdar olan bir lider kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan xəbərdardır. Azərbaycan "Cənub Qaz Dəhlizi" vasitəsi ilə Avropaya illik 11 milyard kubmetrə qədər qaz ixrac edə bilir. Müxtəlif texnoloji proseslərin tətbiqi ilə bu potensialın 20 milyard kubmetrə qədər çatdırılması imkanı vardır. Bayden mövcud potensialın da getdikcə genişləndirilməsi üçün fürsətlərin yarandığını bilir".

Bu barədə "Report"a iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda təkcə vurğuladığı məsələlər deyil, eyni zamanda bu müraciətin daha erkən, Müstəqillik Günündən 1 həftə öncə göndərilməsi diqqəti cəlb edir.

“Düşünürəm ki, Bayden digər ölkələrin liderlərindən öncə təbrik məktubu ünvanlanlamaqla diqqəti Amerika Birləşmiş Ştatları və Azərbaycan arasındakı münasibətlərin daha da yaxşılaşmasına cəlb etmək istəyir. Eyni zamanda, Bayden belə bir addım atmaqla ABŞ-ın Azərbaycana olan münasibətə həm beynəlxalq, həm də ölkə ictimayyətinin diqqətini çəkmək istəyir".

Eldəniz Əmirov
Eldəniz Əmirov

Ekspert son dövrlər dünyanın aparıcı ölkələrinin Azərbaycana münasibətinin yaxşı mənada dəyişməsi barədə də danışıb:

“Biz bu müsbət dəyişikliyi ABŞ tərəfindən də sərgilənən münasibətdə də müşahidə edə bilərik. Belə ki, Azərbaycanın Rusiya ilə yaxın münasibətlərinə rəğmən, Ukraynaya bir neçə dəfə humanitar yardım göndərməsi, Rusiyanın beynəlxalq təşkilatlardan uzaqlaşdırılması və şimal qonşumuzun əlehinə olan müxtəlif səsvermələr zamanı Moskvanı dəstəkləməməsi, vaxtaşırı olaraq, müəyyən məqamlarda Rusiyadan narazı olduğu təqdirdə birbaşa, aydın şəkildə nota verməsi ölkəmizin müstəqil siyasət yeritdiyini göstərir.

Eyni zamanda, Avropaya qaz ixracının artırılması istiqamətində müəyyən danışıqlarda müsbət tövhənin əldə olunması, məhz Azərbaycanın yeritdiyi bu tam müstəqil siyasət yürütməsinin bariz nümunəsidir. Müstəqil qərarların qəbul edilməsi müxtəlif aparıcı dünya gücləri, o cümlədən də ABŞ-ın Azərbaycana olan münasibətini müsbət mənada dəyişdirir".

Son xəbərlər

Orphus sistemi