Ekspert: “Azərbaycanın mavi yanacağın tranzit ölkəsi kimi rolu artacaq”

Ekspert: “Azərbaycanın mavi yanacağın tranzit ölkəsi kimi rolu artacaq” “Avropaya təbii qaz tədarükünün dəyişən geosiyasətində Azərbaycanın mavi yanacağın alternativ təchizatçısı və tranzit ölkəsi kimi mövcud rolu daha da artacaq”.
Energetika
2 İyun , 2023 17:56
Ekspert: “Azərbaycanın mavi yanacağın tranzit ölkəsi kimi rolu artacaq”

“Avropaya təbii qaz tədarükünün dəyişən geosiyasətində Azərbaycanın mavi yanacağın alternativ təchizatçısı və tranzit ölkəsi kimi mövcud rolu daha da artacaq”.

Bu barədə "Report"a London Biznes və Hüquq Məktəbinin Neft və qazın idarə edilməsi proqramının direktoru Slavomir Raşevski bildirib.

"Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji sektorunda əlaqələr çox güclüdür, bunu maraqlı tərəflərin son yüksək səviyyəli görüşləri də sübut edir", - o deyib.

Raşevskinin fikrincə, bu münasibətlərin nəticəsi enerji təchizatına və tranzit imkanlarına sərmayə qoyuluşunun təşviqi, o cümlədən qərbə - Türkiyəyə və daha sonra Aİ-yə təbii qaz idxalının maksimum səviyyəyə çatdırılması ola bilər.

"Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsi Azərbaycanda təbii qazın hasilatı və tranzitinin artması ilə müşahidə olunacaq", - ekspert əlavə edib.

Professorun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü mövcud təchizat zəncirlərini dəyişib və Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Orta Dəhlizə Mərkəzi Asiya respublikalarının qoşulmasını vəd edir.

"Söhbət həm enerji, həm də qeyri-enerji sektorunda ticarətdən gedir. Bu, Mərkəzi Asiya respublikaları və bir neçə ildir ki, ardıcıl olaraq logistika sektoruna sərmayə qoyan Azərbaycan üçün uduşlu vəziyyətdir", - Slavomir Raşevski fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi