Ekspert: “Azərbaycan İtaliyanı təbii qaz çatışmazlığından xilas edib”

Ekspert: “Azərbaycan İtaliyanı təbii qaz çatışmazlığından xilas edib” “Rusiyaya qarşı sanksiyalar üzündən yaranan qlobal enerji böhranı zamanı Azərbaycan İtaliyanı təbii qaz çatışmazlığından xilas edib”.
Energetika
16 Yanvar , 2023 16:51
Ekspert: “Azərbaycan İtaliyanı təbii qaz çatışmazlığından xilas edib”

“Rusiyaya qarşı sanksiyalar üzündən yaranan qlobal enerji böhranı zamanı Azərbaycan İtaliyanı təbii qaz çatışmazlığından xilas edib”.

Bunu “Report”a açıqlamasında Romada fəaliyyət göstərən Sapienza Universitetinin professoru Daniel Pomier Vinçelli deyib.

“2022-ci ilin dekabrına olan məlumata görə, Rusiyadan tədarükün kəskin azaldığı həmin il Azərbaycan təbii qazının İtaliyaya idxalı 2021-ci ilin dekabrı ilə müqayisədə düz iki dəfə artıb.Təbii ki, təkcə Azərbaycan bizi “mavi yanacaq”la təmin etmir. Bu məsələdə Əlcəzair də vacib rol oynayır. Biz bir neçə ildən sonra Rusiya asılılığından tamamilə qurtulmağa imkan verəcək strategiya üzərində işləyirik və Azərbaycan bu istiqamətdə mühüm amildir”, - o vurğulayıb.

2018-ci ildə İtaliyada keçirilən seçkilərdən sonra qaz kəmərinin İtaliya seqmentinin tikintisi layihəsinin pozulması təhlükəsinə baxmayaraq, Cənub Qaz Dəhlizinin (CQD) 2020-ci ilin dekabr ayından istifadəyə verildiyini nəzərə alaraq, İtaliya, Avropa İttifaqı, özəl investorlar və Azərbaycanın geosiyasi və iqtisadi möcüzə yaratdığını söyləmək olar.

O, həmçinin qeyd edib ki, ölkələr enerji sektoru ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir: “İnanırıq ki, Azərbaycanın NATO və Aİ ilə yaxşı, güclü əlaqələri regionda daha böyük sabitlik üçün çox vacibdir. İqtisadi üstünlüyü nəzərə alsaq, heç kimə sirr deyil ki, Ermənistanla sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan Cənubi Qafqazda ən nüfuzlu dövlətə çevriləcək. Beləliklə, ölkənin beynəlxalq təşkilatlarda fəal iştirakı, NATO və Aİ ilə çoxtərəfli əlaqələrini gücləndirməsi hamıya faydalı olacaq”.

Professorun sözlərinə görə, 2022-ci ilin ən mühüm nailiyyətlərindən biri İtaliyanın da iştirak etdiyi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında Aİ-nin vasitəçilik roludur.

Son xəbərlər

Orphus sistemi