“Ekol” 7 min tona yaxın neft şlamını zərəsizləşdirib

“Ekol” 7 min tona yaxın neft şlamını zərəsizləşdirib Bakı. 18 yanvar. REPORT.AZ/ “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamenti (TED) 2017-ci ilin IV rübündə Heydər Əliyev adına Neft Emalı Zavodundan TED-in 6-cı sahəsinin mexaniki təmizləyici qurğularına daxil olan 678 929 kubmetrdən çox sənaye çirkab sularını neft məhsullarından və mexaniki qarışıqlardan təmizləyib.
Energetika
18 Yanvar , 2018 17:17
“Ekol” 7 min tona yaxın neft şlamını zərəsizləşdirib

Bakı. 18 yanvar. REPORT.AZ/ “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamenti (TED) 2017-ci ilin IV rübündə Heydər Əliyev adına Neft Emalı Zavodundan TED-in 6-cı sahəsinin mexaniki təmizləyici qurğularına daxil olan 678 929 kubmetrdən çox sənaye çirkab sularını neft məhsullarından və mexaniki qarışıqlardan təmizləyib.

“Report” QSC-yə istinadən xəbər verir ki, texnoloji proseslər nəticəsində TED-in 4-cü və 6-cı sahəsində formalaşan 6 935 tona qədər neft şlamı müasir texnologiyalarla emal edilərək zərərsizləşdirilib.

Ötən üç ayda TED-in 4-cü sahəsində (Heydər Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) 888 min kubmetrə qədər sənaye çirkab suları təmizlənib, 2 529 ton neft şlamı emal edilərək zərərsizləşdirilib.

2017-ci ilin IV rübündə TED müqavilə əsasında SOCAR-ın Qaz Emalı Zavodu və Ekologiya İdarəsi, “Azneft” İB, "Xəzər Dəniz Gəmiçiliyi" QSC, İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsi, “Surakhany Oil Operation Company S.A.”, “AA Services”, “AAS-ATE” MMC, “AAS-Ekol” MMC və s. sifarişçi təşkilatlara xidmət göstərib. Rüb ərzində bu təşkilatlardan qəbul edilmiş 607 ton neft şlamı, 4 899 kubmetr yağlı su, 37,72 ton yağlı torpaq, 671 kubmetr döşəməaltı axıntı suları, 3 483 kubmetr mədən axıntı suları və digər tullantılar mexaniki üsulla təmizlənib.

IV rüb ərzində Tullantıların Emalı Departamentinə “Kompleks Qazma İşləri” Trestinin mədən ərazilərindən müqavilə əsasında daxil olan 790 kubmetr sənaye-çirkab və 243 kubmetr yağlı sular təmizləyici qurğularda təmizlənib.

Bundan başqa, SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzindən TED-ə daxil olan 1 212 kubmetr istehsalat çirkab suları mexaniki üsulla təmizlənib.

Son xəbərlər

Orphus sistemi