EIA IV rüb üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb

EIA IV rüb üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb ​​​​​​​ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) 2021-ci ilin dördüncü rübü üçün Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu açıqlayıb
Energetika
9 Sentyabr , 2021 11:28
EIA IV rüb üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb

ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) 2021-ci ilin dördüncü rübü üçün Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu açıqlayıb.

“Report” bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook – September 2021” hesabatına istinadən xəbər verir.

EIA-ın yeni proqnozuna görə, bu ilin dördüncü rübündə ölkədə orta gündəlik neft hasilatının 780 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu, avqust ayında həmin dövr üçün verilən proqnozla müqayisədə 20 min barel və ya 2,63 % çoxdur.

Həmçinin, bu proqnoz 2020-ci ilin dördüncü rübünün göstəriciləri ilə müqayisədə 90 min barel və ya 13,04 % çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatının 740 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Ötən ay açıqlanan bundan öncəki proqnozda bu rəqəm 720 min barel təşkil edirdi ki, bu da müqayisədə 20 min barel və ya 2,8 % çoxdur.

Son xəbərlər

Orphus sistemi