EIA II rüb üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu azaldıb

EIA II rüb üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu azaldıb Bu proqnoz 2020-ci ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə 20 min barel və ya 2,9 % çoxdur
Energetika
9 İyun , 2021 10:30
EIA II rüb üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu azaldıb

ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) 2021-ci ilin ikinci rübü üçün Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu azaldıb.

“Report” bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook – June 2021” hesabatına istinadən xəbər verir.

EIA-ın yeni proqnozuna görə, bu ilin ikinci rübündə ölkədə orta gündəlik neft hasilatının 710 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu may ayında verilən proqnozdan 10 min barel və ya 1,39 % azdır.

Həmçinin, bu proqnoz 2020-ci ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə 20 min barel və ya 2,9 % çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 730 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bundan öncəki proqnozda bu rəqəm 740 min barel təşkil edirdi.

Son xəbərlər

Orphus sistemi