2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 780 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook – June 2021” hesabatına istinadən xəbər verir.
Gələn il üçün neft hasilatı üzrə proqnoz daha öncə verilən proqnozla müqayisədə 10 min barel və ya 1,26 % azdır.
2022-ci ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 770 min barel olacağı gözlənilir. Bu, daha öncə may ayında verilən proqnozdan 20 min barel və ya 2,53 % azdır. Bu proqnoz isə bu ilin birinci rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 30 min barel və ya 4,05 % çoxdur.
2022-ci ilin ikinci rübündə isə Azərbaycanda gündəlik neft hasilatı 790 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-in may hesabatında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,25 % azdır. Bu proqnoz isə bu ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 80 min barel və ya 11,26 % çoxdur.
Agentlik hesab edir ki, 2022-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 760 min barel olacaq. Bu da daha əvvəlki proqnozla müqayisədə 10 min barel və ya 1,3 % azdır. Bu proqnoz bu ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 50 min barel və ya 7,04 % çoxdur.
2022-ci ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 790 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən may ayında açıqlanan proqnozla müqayisədə 10 min barel və ya 1,25 % azdır. Bu proqnoz isə bu ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 40 min barel və ya 5,33 % çoxdur.