EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqladı

EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqladı 2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 790 min barel təşkil edəcəyi proqnozlaşdırılır
Energetika
16 May , 2021 11:34
EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqladı

2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 790 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook – May 2021” hesabatına istinadən xəbər verir.

Gələn il üçün neft hasilatı üzrə proqnoz daha öncə verilən proqnozla müqayisədə 10 min barel və ya 1,25 % azdır.

2022-ci ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 790 min barel olacağı gözlənilir. Bu, daha öncə aprel ayında verilən proqnozla eynidir. Bu proqnoz isə bu ilin birinci rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 50 min barel və ya 6,76 % çoxdur.

2022-ci ilin ikinci rübündə isə Azərbaycanda gündəlik neft hasilatı 800 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-in aprel hesabatında verilən proqnozla eynidir. Bu proqnoz isə bu ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 80 min barel və ya 3,9 % çoxdur.

Agentlik hesab edir ki, 2022-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 770 min barel olacaq. Bu da daha əvvəlki proqnozla müqayisədə 10 min barel və ya 1,28 % azdır. Bu proqnoz bu ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 40 min barel və ya 5,5 % çoxdur.

2022-ci ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 800 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən aprel ayında açıqlanan proqnozla müqayisədə 10 min barel və ya 1,23 % azdır. Bu proqnoz isə bu ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 30 min barel və ya 3,9 % çoxdur.

Son xəbərlər

Orphus sistemi