EIA bu il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu azaldıb

Energetika
  • 09 mart, 2022
  • 08:07
EIA bu il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu azaldıb

2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 730 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının mart sayına istinadən xəbər verir.

Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə fevral ayında verilən proqnozdan 10 min barel və ya 1,35 % azdır.

2022-ci ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 730 min barel olacağı gözlənilir. Bu, daha öncə fevral ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,35 % azdır. Bu proqnoz 2021-ci ilin birinci rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 20 min barel və ya 2,67 % azdır.

2022-ci ilin ikinci rübündə də Azərbaycanda gündəlik neft hasilatı 740 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-in fevral hesabatında verilən proqnozla müqayisədə eynidir. 2021-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən isə 40 min barel və ya 5,71 % çoxdur.

Agentlik hesab edir ki, 2022-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 730 min barel olacaq. Bu da daha əvvəlki fevral ayının proqnozu ilə müqayisədə 10 min barel və ya 1,35 % azdır. Bu proqnoz 2021-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 20 min barel və ya 2,82 % çoxdur.

2022-ci ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 730 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən fevral ayında açıqlanan proqnozla müqayisədə eynidir. 2021-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 20 min barel və ya 2,82 % çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti