EIA bu il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu açıqlayıb

Energetika
  • 12 yanvar, 2022
  • 05:56
EIA bu il üçün Azərbaycanda orta gündəlik neft hasilatı proqnozunu açıqlayıb

2022-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 740 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının yanvar sayına istinadən xəbər verir.

Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə verilən proqnozla müqayisədə eynidir.

2022-ci ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 730 min barel olacağı gözlənilir. Bu, daha öncə dekabr ayında verilən proqnozla müqayisədə 20 min barel və ya 2,67 % azdır. Bu proqnoz 2021-ci ilin birinci rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 20 min barel və ya 2,67 % azdır.

2022-ci ilin ikinci rübündə də Azərbaycanda gündəlik neft hasilatı 740 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-in dekabr hesabatında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,33 % azdır. 2021-ci ilin ikinci rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən isə 40 min barel və ya 5,71 % çoxdur.

Agentlik hesab edir ki, 2022-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 740 min barel olacaq. Bu da daha əvvəlki proqnozla müqayisədə eynidir. Bu proqnoz 2021-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 30 min barel və ya 4,22 % çoxdur.

2022-ci ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 740 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən dekabr ayında açıqlanan proqnozla müqayisədə eynidir, 2021-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən isə 30 min barel və ya 4,22 % çoxdur.

44 - Tezliklə