EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb 2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatının 720 min barel təşkil edəcəyi proqnozlaşdırılır
Energetika
11 Avqust , 2021 09:30
EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatının 720 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook – August 2021” hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə verilən proqnozla eynidir.

Agentlik hesab edir ki, bu ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 700 min barel olacaq. Bu da daha əvvəlki iyul proqnozu ilə müqayisədə eynidir. 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə isə 40 min barel və ya 6,06 % çoxdur.

Bu ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozun 760 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən iyul ayında açıqlanan proqnozla müqayisədə 20 min barel və ya 2,7 % çoxdur. Bu proqnoz isə ötən ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 70 min barel və ya 10,1 % çoxdur.

Son xəbərlər

Orphus sistemi