EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb
- 10 aprel, 2024
- 05:22
2024-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 600 min barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının aprel sayına istinadən xəbər verir.
Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə mart ayında verilən proqnozla eynidir.
Bu ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 600 min barel olacağı gözlənilir. Bu, daha öncə mart ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-cü ilin birinci rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə də 50 min barel və ya 7,69 % azdır.
2024-cü ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 600 min barel olacağı gözlənilir. Bu, daha öncə mart ayında verilən proqnozla müqayisədə 10 min barel və ya 1,69 % çoxdur. Bu proqnoz 2023-cü ilin ikinci rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 20 min barel və ya 3,22 % azdır.
Agentlik hesab edir ki, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 600 min barel olacaq. Bu, daha öncə martda verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-cü ilin üçüncü rübünün gündəlik neft hasilatı proqnozu göstəriciləri ilə müqayisədə 20 min barel və ya 3,22 % azdır.
2024-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 610 min barel olacağı açıqlanıb. Bu da daha öncə martda verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-cü ilin dördüncü rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə eynidir.