EİA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqladı

EİA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqladı Bu il üçün neft hasilatı üzrə proqnoz dəyişməıyib
Energetika
10 Fevral , 2021 11:14
EİA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqladı

2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 730 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook – February 2021” hesabatına istinadən xəbər verir. Bu il üçün neft hasilatı üzrə proqnoz dəyişməıyib.

Bu ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 700 min barel, ikinci rübdə isə 730 min barel olacağı gözlənilir.

Agentliyin hesabatına əsasən, bu, EIA-in yanvar hesabatında verilən proqnozla eynidir.

Müvafiq olaraq bu proqnozlar 2020-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 70 min barel və ya 9,09 % azdır, ikinci rübü ilə müqayisədə isə 30 min barel və ya 4,29 % çoxdur.

Agentlik hesab edir ki, bu ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 740 min barel olacaq. Bu da daha əvvəlki proqnozla eynidir. 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə isə 70 min barel və ya 10,45 % çoxdur.

Bu ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 750 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən yanvar ayında açıqlanan proqnozla eynidir. Bu proqnoz isə ötən ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 60 min barel və ya 8,7 % çoxdur.

Son xəbərlər

Orphus sistemi