EIA Azərbaycanda neft hasilatı üzrə proqnozuna yenidən baxıb

EIA Azərbaycanda neft hasilatı üzrə proqnozuna yenidən baxıb 2020-ci ilin dördüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı 690 min barel təşkil edəcək.
Energetika
13 Yanvar , 2021 11:41
EIA Azərbaycanda neft hasilatı üzrə proqnozuna yenidən baxıb

ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) ötən ilin dördüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozuna dəyişiklik edib.

“Report” bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook – January 2021” hesabatına istinadən xəbər verir.

EIA-nin yeni proqnozuna görə, 2020-ci ilin dördüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı 690 min barel təşkil edəcək. Bu, əvvəlki proqnozdan 10 min barel çoxdur, bu ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə isə 20 min barel və ya 3 % çoxdur.

2020-ci ilin birinci rübü ilə müqayisədə isə Azərbaycanda gündəlik orta neft hasilatı üzrə proqnoz 80 min barel və ya 10,4 % azdır.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 710 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu da daha öncəki dekabr ayında verilən proqnozdan 10 min barel çoxdur.

Qeyd edək ki, 2020-ci ilin dördüncü rübünün Azərbaycan üzrə orta gündəlik neft hasilatı rəqəmləri hələlik rəsmi olaraq açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi