EIA: "Azərbaycan təbii qaz hasilatını 36 % artırıb"
- 13 oktyabr, 2021
- 07:53
2017-2019-cu illər arasında Azərbaycan təbii qaz hasilatını 200 milyard kubfut (Bcf) və ya 36 % artırıb.
“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyasına (EIA) istinadən xəbər verir.
Məlumata görə, bundan başqa, bu illər ərzində yeni boru kəmərinin inşası yekunlaşıb.
EIA-nın Azərbaycanın energetika sahəsinin təhlilinə əsasən, 2020-ci ilin oktyabr ayında ölkənin Avropa bazarlarına çıxışı artıb: “Azərbaycanın təbii qaz hasilatının artımının əsas səbəbi “Şahdəniz” təbii qaz və kondensat yatağının işlənməsinin ikinci mərhələsidir. Bu ilin birinci yarısında “Şahdəniz”in ümumi qaz hasilatı iki dəfə artaraq təxminən 350 milyard kubmetrə çatıb”.
Hesabatda həmçinin qeyd edilir ki, “Şahdəniz” yatağında hasilatın artması və Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tamamlanması Azərbaycanın təbii qaz ixrac həcmlərində və bazarlarında artım əldə etməyə imkan verib.
Bildirilir ki, 2017-2019 -cu illərdə Azərbaycanın təbii qaz ixracı 120 milyard kubmetrdən çox artıb və ixracın böyük hissəsi Türkiyə və Gürcüstana gedib: “Türkiyə və Gürcüstana ixrac həcmləri 2021-ci ilin ilk yarısında da artmağa davam edib. Bundan əlavə, TAP-ın 2020 -ci ilin sonunda başa çatması ilə Azərbaycan Yunanıstan və İtaliyaya təbii qaz ixrac etməyə başlayıb”. TAP 2021-ci ildə kəmər vasitəsilə Avropaya təxminən 175 Bcf (5 milyard kubmetr) həcmində təbii qaz tədarük edildiyini açıqlayıb.
Cənub Qaz Dəhlizi Avropa Birliyinin təbii qaz təchizatını şaxələndirmək və vahid təchizat mənbəyinə malik olan Aİ ölkələrinin sayını azaltmaq üçün inşa edilib. Avropa Statistika Komitəsinin (Eurostat) məlumatlarına görə, 2019-cu ildə Aİ-nin 28 ölkəsinə (27 indiki üzv və o zamanlar Böyük Britaniyada daxil olmaqla) ümumi xalis təbii qaz idxalının 38 %-dən çoxu Rusiyadan gəlib. AB üzvü olan Bolqarıstan üçün Rusiya 2019-cu ildə ölkənin təbii qaz idxalının üçdə ikisindən çoxunu təmin edib".