EIA: ABŞ-da neft hasilatı fevralda rekord həddə çatacaq

EIA: ABŞ-da neft hasilatı fevralda rekord həddə çatacaq Bakı. 10 yanvar. REPORT.AZ/ ABŞ 10 mln. barel/gün - rekord neft hasilatı səviyyəsinə artıq bu ilin fevral ayında çata biləcək.
Energetika
10 Yanvar , 2018 17:52
EIA: ABŞ-da neft hasilatı fevralda rekord həddə çatacaq

Bakı. 10 yanvar. REPORT.AZ/ ABŞ 10 mln. barel/gün - rekord neft hasilatı səviyyəsinə artıq bu ilin fevral ayında çata biləcək.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu proqnozu ABŞ-ın Energetika İnformasiyaları Agentliyi (EIA) verib.

İlk rübdə orta gündəlik hasilatın 10,04 mln. barelə çatacağı gözlənilir. Xatırladaq ki, əvvəlki proqnozda 10 mln. barel həddinə ilin son rübündə çatmağın mümkün ola biləcəyi bildirilib. 

EIA qeyd edir ki, ABŞ-ın neft hasilatı 2018-ci ildə 970 min barel/gün, 2019-cu ildə isə 780 min barel/gün artım göstərəcək. 2019-cu ilin sonunda hasilat 11 mln. barel/gün səviyyəsini ötəcək.

2018-ci ildə ABŞ-da neftə tələbatın 470 min barel/gün, 2019-cu ildə isə 340 min barel/gün artaraq 20,65 mln. barel/gün təşkil edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi