EIA 2025-ci il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb
- 14 noyabr, 2024
- 08:15
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2025-ci il üçün orta gündəlik neft hasilatını 630 min barel səviyyəsində proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın noyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib.
2025-ci il üçün neft hasilatı proqnozu qurumun oktyabr proqnozu ilə müqayisədə 10 min barel vəə ya 1,56 % azdır.
Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 610 min barel olacağı gözlənilir ki, bu da oktyabr ayına olan proqnozla müqayisədə 10 min barel və ya 1,61 % azdır.
2025-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 620 min barel təşkil edəcək. Bu da qurumun ötən ay açıqladığı proqnozdan gündəlik 10 min barel və ya 1,59 % azdır.
Agentlik, həmçinin 2025-ci ilin üçüncü və dördüncü rüblərində Azərbaycanda orta gündəlik neft hasilatının 640 min barel olacağını proqnozlaşdırır ki, bu da EIA-nın eyni dövrlər üzrə proqnozlarından gündəlik 10 min barel və ya 1,54 % azdır.