Azərbaycan əhalisi 9 ayda 2,2 milyard manatlıq benzin alıb
- 12 oktyabr, 2023
- 13:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 218,5 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 % çoxdur.
9 ayda alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,4 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,9 milyard manatlıq, o cümlədən 23 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 %, qeyri-ərzaq malları üzrə 4,8 % artıb.