EBRD: Azərbaycanın alternativ enerji sahəsində böyük potensialı var

EBRD: Azərbaycanın alternativ enerji sahəsində böyük potensialı var Aida Sitdikova: "İstərdik ki, Azərbaycana da gələk və real işlərə başlayaq"
Energetika
12 Aprel , 2017 13:13
EBRD: Azərbaycanın alternativ enerji sahəsində böyük potensialı var

Bakı. 12 aprel. REPORT.AZ/ "Azərbaycanın enerji istehsalı baxımından çox böyük potensialı var".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən IV Beynəlxalq "Caspian Energy Forum-2017"-də çıxış edən Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Rusiya, Mərkəzi Asiya və Qafqazda enerji üzrə direktoru Aida Sitdikova deyib.

A.Sitdikova qeyd edib ki, Azərbaycanın həmçinin alternativ enerji sektorunun inkişaf etdirilməsi üçün əhəmiyyətli imkanları mövcuddur: "Bizim enerji portfelimizdə külək enerjisinin çəkisi böyükdür. Amma görürük ki, günəş enerjisinin xərcləri getdikcə azalır. Ona görə də portfelimizdə bu tip enerjinin çəkisi artır".

EBRD rəsmisinin fikrincə, təmsil etdiyi qurum 1992-ci ildən alternativ enerji sahəsinə 2,3 mlrd. ABŞ dolları həcmində vəsait ayırıb: "İndiyə qədər "yaşıl iqtisadiyyat"a 22 mlrd. dollar investisiya qoymuşuq. Bu vaxta qədər Qazaxıstanda müəyyən işlər görmüşük. İstərdik ki, Azərbaycana da gələk və real işlərə başlayaq".

"EBRD Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanla tərəfdaşlıq edir. Bildirmək istəyirəm ki, Azərbaycan çox vacib tərəfdaşdır", - deyən A.Sitdikova əlavə edib ki, qaz alternariv enerjiyə keçid yanacağıdır.

"Bu layihə Avropa Komissiyası tərəfindən dəstəklənir. Bilirik ki, qaz vacib enerji növüdür və bu, alternativ enerjiyə keçid vasitəsidir. Azərbaycanla əməkdaşlığımız erkən mərhələdədir. Düşünürəm ki, bunu genişləndirə bilərik", - deyə Bank rəsmisi bildirib.

Son xəbərlər

Orphus sistemi