Əbdüləziz bin Salman: "Neft bazarında tarazlıq yaranıb"

Əbdüləziz bin Salman: "Neft bazarında tarazlıq yaranıb" Nigeriya hasilatı müvafiq səviyyədə azaltmaqla öz “borcu”nu ödəmiş olub
Energetika
4 Mart , 2021 20:42
Əbdüləziz bin Salman: Neft bazarında tarazlıq yaranıb

OPEC+ çərçivəsində neft hasilatının azaldılması istiqamətində siyasətin nəticəsi olaraq son iki ay ərzində bazardakı vəziyyət xeyli düzəlib.

“Report” xəbər verir ki, bu barədə OPEC+ ölkələrinin nazirlər səviyyəsində görüşündə Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bin Salman bildirib.

Nazir həmçinin OPEC+ çərçivəsində hasilatın ixtisarına dair razılaşmanı əskik yerinə yetirən ölkələrin azaldığını da qeyd edib. Belə ki, Nigeriya da hasilatı müvafiq səviyyədə azaltmaqla öz “borcu”nu ödəmiş olub.

Bununla yanaşı, dünyada neftə tələbatın əvvəlki səviyyəyə qayıtmasının koronavirusa qarşı peyvəndin tətbiqilə yaxından əlaqədar olduğu da xatırlanıb: “Dirçəlmənin sürəti ilə bağlı qeyri-müəyyənlik hələ də azalmayıb. Bu cür müəmmalı şəraitdə proqnoz verməyin çətin olduğunu ötən il dərk etmişik. Odur ki, bu cür hadisələr baş verərkən bir daha ehtiyatlı və ayıq olmağa çağırmaq istərdim”.

Bundan əvvəl OPEC+ Nazirlər Monitorinq Komitəsi koronavirus pandemiyası ilə bağlı mövcud risqlər, habelə virusun mutasiyalarının çoxalması üzündən “ehtiyatlı nikbinliy”ə çağırmışdı.

Son xəbərlər

Orphus sistemi