Beynəlxalq Enerji Agentliyi (IEA) bildirib ki, neft bazarında 2022-ci ilin sonuna pandemiyadan əvvəlki səviyyəyə qayıdacağı gözlənilən tələbatı ödəmək üçün OPEC+ ölkələri hasilatı artırmalıdır.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, OPEC+ formatının iştirakçıları olan 24 ölkə cari ilin iyul ayından gələn ilin mart ayınadək müddət üçün müəyyən olunmuş hədəf göstəricisinə nisbətən gündəlik hasilatı 1,4 milyon barel artıra bilər. Halbuki iyul ayından sonra OPEC+ iştirakçılarının 6,9 milyon barel ehtiyatlara malik olacaqlarına ümüd edən IEA qeyd edib ki, İranın nüvə proqramına dair danışıqlar uğurlu keçərsə, bu ölkənin də neft ixracatının arta biləcəyi də bildirilib.
İEA həmçinin neftə tələbatın gözlənilən artımını iqlim dəyişikliyinə qarşı karbon tullantılarını azaltmaq hədəfilə bir araya sığmadığını da qeyd edib.