Yuxarı

BTC kəməri ilə Azərbaycan neftinin nəqli artıb

Oktyabrda BTC kəməri ilə 409 min ton Mərkəzi Asiya nefti ötürülüb

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 512 281 ton Azərbaycan nefti nəql olunub.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, oktyabrda BTC ilə ixrac olunan Azərbaycan neftinin həcmi ötən ilin oktyabr ayından 1% artıq olub.

Cari ilin yanvar-oktyabr aylarında bu kəmərlə 24 110 452 ton neft ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 0,88% az olub. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il) 2015-ci il noyabrın 1-nə qədər BTC-yə 287,9 mln. tondan çox neft vurulub.

Bundan başqa, 2015-ci ilin oktyabr ayında BTC kəməri ilə ümumilikdə 408,9 min ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib, kəmərin gündəlik ötürmə gücü 1,2 mln. bareldir.

BTC boru kəməri ilə Azərbaycandan əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından hasil olunan kondensat daşınır. Bundan əlavə, BTC vasitəsilə tranzit Mərkəzi Asiya nefti nəql olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi