Dünyanın ən böyük 14 neft şirkətinin gəliri 36 % azalıb

Dünyanın ən böyük 14 neft şirkətinin gəliri 36 % azalıb Neft nəhəngləri sırasında ən çox zərər edən şirkətlər arasında ilk üçlükdə “Equinor”, “Rosneft” və “ExxonMobil” qərarlaşıb
Energetika
21 Dekabr , 2020 16:20
Dünyanın ən böyük 14 neft şirkətinin gəliri 36 % azalıb

Bu ilin III rübündə dünyanın ən böyük 14 neft şirkətinin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 36 % azalaraq 271,3 milyard ABŞ dolları olub.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Hesabat dövründə ən çox gəliri Səudiyyə Ərəbistanının Milli Neft Şirkəti “Saudi Aramco” əldə edib, ən çox zərərə isə Norveçin “Equinor” şirkəti uğrayıb.

Məlumata görə, pandemiyaya qarşı mübarizə çərçivəsində görülən tədbirlər nəticəsində iqtisadi fəaliyyətin zəifləməsi dünya miqyasında neft istehlakını xeyli azaldıb. Qlobal neft tələbatının azalması neft qiymətlərinin aprel ayında son 21 ilin ən aşağı səviyyəsinə enməsinə səbəb olub.

Belə ki, bu ilin III rübündə dünyada ən çox yayılmış istinad kimi istifadə edilən Brent markalı xam neftinin bir barelin qiyməti illik müqayisədə 19 ABŞ dolları və ya 30,6 % azalaraq 43 ABŞ dollara enib.

10 neft şirkətinin maliyyə hesabatına əsasən ABŞ-ın “ExxonMobil”, “Chevron”, “ConocoPhillips”, “Halliburton”, “Schlumberger”, “Baker Hughes”, İngiltərənin BP, İtalyanın “Eni”, Rusiyanın “Rosneft” və Norveçin “Equinor” şirkətləri iyul-sentyabr aylarında ümumilikdə 5,5 milyard ABŞ dolları itirib.

Neft nəhəngləri sırasında ən çox zərər edən şirkətlər arasında ilk üçlükdə 2,1 milyard ABŞ dollarla “Equinor”, 800 milyon ABŞ dollarla “Rosneft” və 680 milyon ABŞ dollarla “ExxonMobil” qərarlaşıb.

Eyni dövrdə “Royal Dutch Shell”, “Total”, “Lukoil” və “Saudi Aramco”nun ümumilikdə 13,2 milyard ABŞ dolları qazanıb ki, qazancda ən böyük payı 11,8 milyard ABŞ dollarla “Saudi Aramco” əldə edib.

Son xəbərlər

Orphus sistemi