Yuxarı
    Bağlamaq

    Dünyada ötən iyul ayında qazma quyuların sayı artıb

    Quyuların sayı 148-ə çatıb

    Bakı. 5 avqust. REPORT.AZ/ Dünya üzrə neft-qaz qazma quyularının sayı bu ilin iyul ayında 74 və ya 5,2% artaraq 1 481-ə çatıb.

    "Report"  "Baker Hughes" neft-qaz xidmətləri şirkətinə istinadən xəbər verir ki, illik müqayisədə neft-qaz qazma quyularının sayı 686 ədəd olub və ya 31,6% azalma göstərib. "Baker Hughes"a görə, quyuların sayı ABŞ-da iyul ayında 32 ədəd və ya 7.6% artaraq 449-a, Kanadada isə 31 ədəd və ya 49,2% artaraq 94-ə çatıb.

    Avropada qazma quyuların sayı 3 ədəd və ya 3,2% artaraq 94-ə, Yaxın Şərqdə isə 1 ədəd və ya 0,2% artaraq 390-a çatıb. Asiya-Sakit Okean regionunda quyuların sayı 4 ədəd və ya 2,1% çoxalaraq 186 ədəd təşkil edib.

    Xatırladaq ki, "Baker Hughes" 1944-cü ildən ABŞ-da həftəlik 1975-ci ildən etibarən dünya üzrə aylıq qazma quyuların sayı barədə hesabat açıqlayır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi