Dünyada dənizdən neft hasilatının xüsusi çəkisi artır

Dünyada dənizdən neft hasilatının xüsusi çəkisi artır Dünyada dənizdəki yataqlardan neft hasilatının xüsusi çəkisi 30-35%-ə çatıb və daha da artacaq.
Energetika
3 Oktyabr , 2019 18:33
Dünyada dənizdən neft hasilatının xüsusi çəkisi artır

"Dünyada dənizdəki yataqlardan neft hasilatının xüsusi çəkisi 30-35%-ə çatıb və daha da artacaq".

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Gazprom Neft Shelf” şirkətinin baş direktoru Andrey Patruşev Rusiya Arktikasının neft-qaz ehtiyatlarının istismarına dair beynəlxalq forumunda bildirib.

“Artıq dünya neft hasilatının 30-35%-i dəniz yataqlarının payına düşür. Bu da çox maraqlı meyldir, çünki şirkətlər dəniz yataqları ilə nisbətən yaxın keçmişdə məşğul olmağa başlayıb. Bu tendensiyanın davam edəcəyi, dəniz yataqlarından getdikcə daha çox karbohidrogen hasil olunacağına dair fikirlər söylənir”, - o qeyd edib. 

Ekspertlərin fikrincə, dünya şelflərindəki yataqların məcmu ehtiyatları 450 milyard tondan artıqdır. 

Son xəbərlər

Orphus sistemi