Dünyada aktiv neft-qaz quyularının sayı oktyabrda artıb

Dünyada aktiv neft-qaz quyularının sayı oktyabrda artıb ABŞ-da artım, digər bölgələrdə isə azalma qeydə alınıb
Energetika
7 Noyabr , 2016 17:52
Dünyada aktiv neft-qaz quyularının sayı oktyabrda artıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Dünya üzrə aktiv neft-qaz quyularının sayı bu ilin oktyabr ayında 1 620 ədəd yəşkil edib. "Report"un ABŞ-ın "Baker Hughes" şirkətinin hesabatına istinadən verdiyi xəbərə görə, aktiv quyuların sayı sentyabr ayı ilə müqayisədə 36 ədəd və ya 2,27% artıb. Keçən ilin oktyabrı ilə müqayisədə isə aktiv qazma quyularının sayı 466 ədəd və ya 22,3% azalıb. 

ABŞ-da aktiv qazma quyularının sayı oktyabrda 35 ədəd və ya 6,9% artdığı halda, 2015-ci ilin analoji dövrü ilə müqayisədə 247 ədəd və ya 31,2% azalıb.

Digər ölkələrdə oktyabr ayında aktiv qazma quyularının sayı 21 ədəd və ya 9,5%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 25,9% azalma göstərib.

Son xəbərlər

Orphus sistemi