Dünya qaz hasilatının təxminən 1 %-i Azərbaycanın payına düşür

Energetika
  • 20 iyun, 2024
  • 14:49
Dünya qaz hasilatının təxminən 1 %-i Azərbaycanın payına düşür

Ötən il Azərbaycanda 35,6 milyard kubmetr qaz hasil edilib ki, bu da 2022-ci illə müqayisədə 4,2 % çoxdur.

"Report" xəbər verir ki, bu barədə “Energy Institute”un hazırladığı Dünya Enerjisinin Statistik İcmalında məlumat verilib.

Bildirilib ki, bu rəqəmə məşəldə yandırılan və ya emal olunmuş qaz daxil deyil.

Ötən il dünya qaz hasilatında ölkənin payı 0,9 % təşkil edib.

Məlumata görə, 2023-cü ildə Azərbaycanda qaz istehlakı bir il əvvəlki göstəricidən 11,1 % artaraq 15,1 milyard kubmetr təşkil edib. Ölkənin dünya istehlakında payı 0,4 % olub.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkədə qaz hasilatı 48 milyard 496,7 milyon kubmetr (3,8 % çox) təşkil edib. Eyni zamanda, əmtəəlik qaz hasilatı 36 milyard 413,8 milyon kubmetr (4,2 % çox) təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti