Sankt - Peterburqda keçirilən Dünya Neft Şurasının iclasında 2023-cü ildəki 24-cü Dünya Neft Konqesinə ev sahibliyi edəcək ölkə müəyyənləşib.
Azərbaycan
Energetika naziri kifayət qədər güclü namizədlər arasından Azərbaycana belə bir münasibəti Azərbaycan Prezidenti
Nazir qeyd edib ki, səsvermə prosesində namizəd kimi iştirak Azərbaycana daha bir təcrübə qazandırıb. Yanvar ayından aparılan kampaniya Azərbaycanın dünya miqyasında bir daha tanıdılmasına, dəyərlərininin təbliğinə xidmət edib. Eyni zamanda, Dünya Neft Şurası üzvləri ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənib.
Qeyd edək ki, Dünya Neft Şurası tarixində ilk dəfə olaraq səsvermə prosesi 5 namizədlə 4 mərhələdə keçirilib. Səsvermədən əvvəl ölkələrin təqdimatları dinlənilib. Tədbirdə Energetika naziri Pərviz Şahbazov çıxış edib. Neft ölkəsi kimi Azərbaycanın tarixi və müasir inkişafından bəhs edən videoçarx və təqdimatlar nümayiş etdirilib. Həmçinin, Dünya Neft Şurası üzvlərini ölkəmiz barəsində daha ətraflı məlumatlandırmaq məqsədilə Azərbaycan xüsusi stendlə təmsil olunub.
1933-cü ildə yaradılan, 62 üzvdən ibarət Dünya Neft Şurasına Azərbaycan 2005-ci ildə üzv seçilərək “Milli Neft Komitəsi” İB-ni təsis edib və indiyə kimi bu mötəbər qurumun tədbirlərində fəal iştirak edib.
Dünya Neft Şurasının mühüm platforması kimi üç ildən bir keçirilən Dünya Neft Konqresi neft-qaz sahəsində baş verən proseslərin qlobal miqyasda müzakirəsi və yeni çağırışların birgə dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.